Azərbaycanda dövlət müəssisələrinin müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyinin genişləndirilməsi nəzərdə tutulur.
Maliyyə Nazirliyində kollegiya iclası: Sahil Babayev – BÜDCƏYƏ NƏZARƏTİ ARTIRIR
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə müvafiq normativ hüquqi akt layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Bundan başqa, dövlət müəssisələrinin hesabatlılıq və məlumat təqdimetmə prosesinin vahid yanaşma əsasında təşkilinin təmin edilməsi məqsədilə geniş təlimatlandırma, habelə metodoloji və kommunikasiya dəstəyi tədbirləri həyata keçirilib.













