Avqustun 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a bildiriblər ki, hərrac zamanı 6 investor tərəfindən qiyməti 87.0792 AZN (14.4600 faiz) və 92.6240 AZN (12.0000 faiz) olan 8 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 4 202 300 AZN təşkil edib. Başqa sözlə sifarişlərin həcmi emissiyanın 28%-ni təşkil edib.
Maliyyə Nazirliyinin qərarına əsasən, keçirilmiş hərracın gəlirlilik dərəcələri emitenti qane etmədiyi səbəbindən hərrac baş tutmamış hesab olunub.
Xatırladaq ki, eyni hal artıq ikinci dəfədir ki təkrarlanır - avqustun 21-də də Maliyyə Nazirliyinin istiqrazlarına tələbat aşağı olmuş, investorların istədiyi gəlirlilik isə nazirliyi qane etmədiyinə görə, hərrac baş tutmamışdı.
Eləcə də bax: Maliyyə Nazirliyinin hərracı baş tutmadı – İLK HƏYACAN SİQNALI
Qeyd edək ki, istənilən xarici və yerli şirkətlərin səhmlərini və digər qiymətli kağızlarını «PSG-Kapital» investisiya şirkətinin vasitəsilə əldə etmək olar.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.