Yenidən baxılma ilə bu ilin dövlət büdcəsində qeyri-neft sektoru üzrə gəlir 18 milyard 584,0 milyon səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsinə dəyişiklik ediləcək – NEFT 75 DOLLAR, VERGİ VƏ GÖMRÜK PLANI ARTACAQ
FED.azı Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, neft sektoru üzrə proqnozlaşdırılan gəliri 815 milyon manat və ya 4,6 faiz üstələyir. Neft sektoru üzrə cari ildə daxil olacaq məbləğ 17 milyard 769,0 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Cari il üçün dövlət büdcəsində qeyri-neft daxilolmalarının payının 51,1 faiz, neft sektoru üzrə isə 48,9 faiz təşkil edəcəyi gözlənilir.