Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2024-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 13 milyard 259,4 milyon manat vəsait daxil olub.
FED.az xəbər verir ki, büdcədən 10 milyard 749,5 milyon manat vəsait xərclənib.
Büdcənin icrasında 2 milyard 509,9 milyon manatlıq profisit (artıqlıq) yaranıb.