ABŞ Dolları/Türk Lirəsi (TL) məzənnəsi yeni rekord səviyyəni test edib.
Lirənin ucuzlaşması Azərbaycana - NECƏ TƏSİR EDİR?
FED.az xəbər verir ki, həftənin son ticarət günündə Dollar/TL məzənnəsi 28,91 səviyyəsini keçib. Daha sonra banklararası bazarın açılması ilə məzənnə 28,87 səviyyəsində sabitləşib.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) gözləntiləri üstələyən faiz qərarından sonra məzənnədə dalğalanma baş verib. Qərardan sonra məzənnə 28,60 səviyyəsini test etmişdi.
Son bir ayda məzənndə artım 2,5 faiz təşkil edib. 2023-cü ildə məzənnədə artımı 54,4 faizə çatıb (Lirə 54,4% ucuzlaşıb).
Dünən TCMB uçot faiz dərəcəsini 5 bənd artıraraq 40 faizə çatdırıb. Qurumların proqnozu faiz dərəcəsinin 2,50 bənd artırılaraq 37,50 faizə yüksəldiləcəyi idi.
TCMB faizin artırılması prosesinin tezliklə tamamlanacağını bəyan edib. (Marja)