Ötən ilin sonunda rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin xüsusi çəkisi təxminən 28 % olub. Bu, 2024-cü il ilə müqayisədə 2,6 faiz bəndi azdır.
Uçot dərəcəsi ağaşı salındı - Kreditlər də ucuzlaşdı - MƏRKƏZİ BANK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Sədr qeyd edib ki, AMB-nin hədəfi xüsusi çəkini 20-25%-də saxlamaqdır və dedollarizasiya prosesinin davam etməsini istəyirik, amma bunun sona qədər getməsini istəmirik: "Çünki iqtisadiyyatın xarici valyutada olan kreditlərə tələbatı var. Bu gün dollarla olan kreditlərin ümumi kredit portfelində payı 14%-dir".
"Bu gün banklarda dollar likvidliyi ilə problem yoxdur. Hüquqi şəxslərin və fiziki şəxslərin vəsaitləri ilə birlikdə dollarlaşma səviyyəsi 35,6%-dir.
Bizim də tələbimiz var ki, banklar xarici valyuta kreditlərini yalnız həmin valyutada gəliri olan fiziki və hüquqi şəxslərə versinlər və yaxud hecləşdirilmiş, sığortalı kreditlər versinlər. Əgər real sektorda xarici valyuta kreditlərinə tələbat artsa, düşünürəm ki, bankların da iştahları artacaq ki, daha çox valyuta depozitləri cəlb eləsinlər. Bu gün də belə bir situasiya ilə biz üzləşmirik", - deyə sədr bildirib.










