Hesablama Palatası tərəfindən səmərəlilik auditi üzrə ortamüddətli dövr üçün müəyyən edilmiş hədəflərə nail olunmayıb.
Hesablama Palatası ötən il 399 min manatlıq satınalma müqaviləsi bağlayıb
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
Deputatın sözlərinə görə, ortamüddətli dövr üçün səmərəlilik auditlərinə dair müəyyən edilmiş hədəf 15 % təşkil etsə də, ötən il Hesablama Palatası tərəfindən cəmi 6 səmərəlilik auditi həyata keçirilib: "Ümumilikdə 42 auditin aparıldığını nəzərə alsaq, səmərəlilik auditlərinin xüsusi çəkisi 14,3 % olub ki, bu da müəyyən edilmiş hədəfdən aşağıdır".
V. Bayramov hesab edir ki, bundan əlavə, həyata keçirilən səmərəlilik auditlərinin yarısında qənaətlilik meyarından istifadə olunmayıb: "Bu isə audit keyfiyyətinin artırılması və audit meyarlarının tam şəkildə tətbiqi baxımından əlavə tədbirlərin görülməsini zəruri edir". (Report)