ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni rüsumlar qlobal səviyyədə resesssiyaya səbəb olmayacaq.
ABŞ avtomobil idxalına 25% rüsum tətbiq edəcək
FED.az xəbər verir ki, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva çıxış edib.
“Biz dünya iqtisadiyyatı üçün dramatik nəticələr gözləmirik. Mümkündür ki, aşağıya doğru müəyyən korreksiya olsun. Üfüqdə resessiya görünmür. Bizi narahat edən ölkə iqtisadiyyatlarının əlavə şoklara necə davam gətirməsidir”, – deyə Georgiyeva bildirib. (Azərtac)