ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobil və avtomobil hissələri üçün 25% gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Xaricdən gətirilən avtomobillər üçün gömrükdə - TERMİNAL HAQQI ARTIRILDI - YENİ MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, yeni tariflər 2 aprel tarixindən qüvvəyə minəcək və avtomobil idxal edən şirkətlər növbəti gündən əlavə ödəniş etməli olacaqlar. Avtomobil hissələrinə tətbiq olunan rüsumların isə may ayından və ya daha gec qüvvəyə minməsi gözlənilir.
Tramp bu addımın ABŞ avtomobil sənayesinin inkişafına təkan verəcəyini və yeni iş yerlərinin açılmasını təmin edəcəyini bildirib. Lakin ekspertlər hesab edirlər ki, bu qərar ABŞ-dakı avtomobil istehsalında müvəqqəti dayanmalara, qiymət artımına və xarici ticarət tərəfdaşları ilə münasibətlərin gərginləşməsinə səbəb olacaq. Keçən il ABŞ-a təxminən səkkiz milyon avtomobil idxal olunub ki, bu da 240 milyard dollar dəyərində ticarətə bərabərdir. Meksika, Cənubi Koreya, Yaponiya, Kanada və Almaniya ABŞ-ın əsas avtomobil tədarükçüləridir və yeni tariflər qlobal avtomobil ticarətinə ciddi təsir edə bilər.