Xəbər verildiyi kimi, prezident İlham Əliyev «2019-cu il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsi və 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatı Milli Məclisə təqdim edib.
FED.az-ın məlumatına görə, büdcə hesabatının parlamantə təqdim edilməsi ilə eyni vaxtda bu sənəd ictimaiyyətə də açıqlanıb.
Belə ki, mayın 15-də 2019-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi, büdcənin icrası ilə bağlı müvafiq hesabat və məlumat, eləcə də 2018-2019-cu illər üzrə dövlət büdcəsinin icrasına dair müqayisəli məlumatlar Maliyyə Nazirliyinin saytında dərc olunaraq ictimaiyyətə açıqlanıb.
Ölkə vətəndaşları, ekspertlər və mətbuat nümayəndələri bu sənədlər vasitəsilə 2019-cu ildə dövlət büdcəsinin gəlir mənbələri, xərc istiqamətləri, vəsaitlərin hansı formada istifadə edildiyi ilə bağlı geniş məlumat ala bilərlər.
Sözügedən sənədlərlə Maliyyə Nazirliyinin internet səhifəsində, eləcə də FED.az-ın HESABATLAR bölməsində tanış olmaq mümkündür.