Bu il dövlət qurumlarında təqribən 167 milyon manat artıq ödəniş aşkar edilib.
FED.az maliyyə və biznes xəbərləri portalı xəbər verir ki, bu barədə Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
İclasda bildirilib ki, 2025-ci ilin ilk 8 ayı ərzində Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 nəzarət obyektində aparılan nəzarət tədbirləri ilə 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.
Həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib.