Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 milyard 480 milyon manat, xərcləri isə 14 milyard 63,3 milyon manat təşkil edib.
Prezident 36,6 milyard manatlıq - BÜDCƏNİ TƏSDİQLƏDİ
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 8,7 % çoxdur.
Son nəticədə büdcədə 1 milyard 416,7 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 11,6 % çoxdur.