Prezident İlham Əliyev “Ortamüddətli xərclər çərçivəsinin icrasının təmin edilməsi ilə bağlı əlavə tədbirlər və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Manatla əmanət və kreditlərin orta faiz dərəcəsi artıb
FED.az-ın məlumatına görə, fərmanda qeyd edilir ki, ortamüddətli xərc çərçivəsinin tətbiqini təmin etmək məqsədilə Maliyyə Sabitliyi Şurası “Ortamüddətli Xərc Çərçivəsi”nin, o cümlədən “Ortamüddətli Resurs Zərfi”nin və “Milli Xərc Prioritetləri”nin hazırlanması, nəticəyə hədəflənmiş büdcənin təşkili prosesinə keçidin təmin edilməsi məqsədilə aidiyyəti tədbirlər planını (konkret icraçılar və icra müddətləri göstərilməklə) üç ay müddətində təsdiq etsin və həmin tədbirlər planının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin;
Eyni zamanda Maliyyə Sabitliyi Şurası “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli fərmanının uyğun olaraq:
-. büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi, habelə iqtisadi təsnifatının “Dövlət əsaslı vəsait qoyuluşu” köməkçi bölməsi üzrə dövlət xərclərinin səmərəliliyinin və effektivliyinin təhlilinin aparılmasını təmin etsin;
- büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri üzrə bu fərmanda qeyd olunmuş “Milli Xərc Prioritetləri” ilə əlaqələndirilmiş sektor strateji planlarının və bu planlar əsasında həmin bölmələrin ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin 2021-ci il dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunmasını təmin etsin;
- 2021-ci il dövlət büdcəsinin tərtibi ilə bağlı nəticələr nəzərə alınmaqla, 2022-ci ilin və növbəti illərin dövlət büdcələri layihələrinin hazırlanması zamanı tətbiq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nda nəzərdə tutulmuş büdcə tərtibi prosesinin və nəticəəsaslı büdcənin formalaşması mexanizminin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmasını təmin edən müvafiq qanun layihəsini 2021-ci il yanvarın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Müəyyən edilib ki, Maliyyə Sabitliyi Şurası bu fərmanda göstərilmiş işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, müxtəlif dövlət orqanlarının və qurumlarının, habelə maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə alt işçi qruplar yarada bilər.Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər təsdiq olunacaq tədbirlər planında nəzərdə tutulacaq aidiyyəti tapşırıqların icrasını təmin etməlidirlər.
Büdcə zərfinin hazırlanması qaydaları dəyişir – FƏRMAN
20:03
4 Fev 2019