İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3 milyard 741 milyon manat məbləğində (2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 579,1 milyon manat və ya 1,7 dəfə çox) maliyyələşdirmə aparılıb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonları azad edildikdən sonra belə dəyişib - VİDEO
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 77,9 faizinə bərabərdir.
Qeyd edək ki, 2023-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə dövlət büdcəsindən 4,8 milyard manat xərclənməsi nəzərdə tutulur.