Bu gün 80,1 milyon dollar satıldı - VALYUTA HƏRRACI 12:38 28 Noy 2024 28 noyabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. FED.az xəbər verir ki, hərracda tələb 80,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.