Çərşənbə günü Amerika sessiyasında aktivliyin qismən artmasına baxmayaraq, bu gün Asiya sessiyasında yenidən zəif hərəkətlilik müşahidə olunmaqdadır.
Çərşənbə günü Amerika sessiyasında aktivliyin qismən artmasına baxmayaraq, bu gün Asiya sessiyasında yenidən zəif hərəkətlilik müşahidə olunmaqdadır.
Çərşənbə günü Amerika iqtisadiyyatı ilə bağlı yayımlanan müsbət göstəricilər fonunda dolların bahalaşdığının, digər valyutaların isə ucuzlaşdığının şahidi oluruq. Lakin bu gün Bakı vaxtı ilə saat 15:00-da Böyük Britaniya Mərkəzi Bankının pul-kredit siyasəti ilə bağlı qərarının açıqlanmasına saatlar qalmış, dünya valyuta birjalarında aktivlik yenidən azalıb. Bu, investorların Böyük Britaniya Mərkəzi Bankının pul-kredit siyasəti ilə bağlı qərarını gözləmələri ilə əlaqədardır.
Böyük Britaniya iqtisadiyyatının iyul ayı üzrə açıqlanan sonuncu göstəricilərinə əsasən, BREXIT qərarından sonra iqtisadiyyatda mənfi tendensiyalar müşahidə edilməyə başlanılıb. Bunun nəticəsi olaraq, Böyük Britaniya Bankı ölkə iqtisadiyyatına dəstək olmaq üçün pul-kredit siyasətini daha da yumşalda bilər. Bu istiqamətdə, bazar iştirakçıları bankın faiz dərəcəsini 0.50%-dən 0.25%-ə kimi aşağı sala biləcəyini proqnozlaşdırırlar.
Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, BREXIT-dən sonra iyul ayı üzrə iqtisadiyyatın inkişaf səviyyəsini əks etdirən önəmli iqtisadi məlumatlar hələ tam açıqlanmayıb, yəni bank gələn aya kimi də bu göstəricilərin yayımlanmasını gözləyə bilər.