2023-cü ilin I rübündə biznes kreditlərinə tələbin artım tempi əhəmiyyətli dərəcədə səngimişdir.
5 ayda ən çox güzəştli kredit verən banklar – SİYAHI
FED.az xəbər verir ki, bu, Mərkəzi Bank tərəfindən 2023-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Qeyd edilib ki, xarici valyutada verilən biznes kreditləri üzrə isə tələb azalmışdır.
Banklar 2023-cü ilin II rübü üçün biznes kreditləri üzrə gözləntilərində milli valyutada, habelə qısamüddətli və uzunmüddətli kreditlərə tələbin artmasını, xarici valyutada olan kreditlərə isə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.
Biznes, o cümlədən, KOS subyektləri kreditləri üzrə tələb artımını səngidən əsas faktorlar faiz dərəcələri, investisiya və dövriyyə kapitalı ehtiyacı üzrə yumşaldıcı təsirin azalması olmuşdur.
Biznes subyektlərinin borclanma səviyyəsində artım tendensiyası davam etmişdir. Artım əsasən mikro və KOS subyektləri üzrə müşahidə edilmişdir.