İqtisadi və siyasi böhranın olduğu Livanda koronavirusunun yayılması ilə maliyyə böhranı daha da dərinləşib.
FED.az xəbər verir ki, Livanın Baş naziri Həsən Diab iqtisadi böhrana görə, mərkəzi bank sədrinin məsuliyyət daşıdığını deyib.
Baş nazir, ölkənin pul vahidi Livan funtunun dollara qarşı kəskin dəyər istirməsi səbəbini 27 ildir mərkəzi bankın sədri kürsüsündə oturan Riad Salamehi günahlandırıb. Baş nazir bank sədri Riad Salameh haqqında "Əsas məsuliyyətli islahat vədlərini yerinə yetirməyən siyasətçilər" deyib.
Mübahisələrin mərkəzindəki şəxs Livan Mərkəzi Bankının rəhbəri Riad Salameh isə özünü müdafiə edib. Mərkəzi Bank sədri son maliyyə böhranı və valyutanın çökməsində onu məsuliyyətə cəlb etmək üçün "sistemli bir kampaniya" aparıldığını deyib. Salameh, hadisələrə görə islahat vədlərini yerinə yetirməyən siyasətçilərin məsul olduğunu bildirib.
Qeyd edək ki, Tripoli şəhərində əsgərlər və fəallar arasında sərt qarşıdurmalardan sonra Sidon kəndində mərkəzi bankın şöbəsi də daşa basılmışdı. Hadisədən sonra açıqlama verən mərkəzi bank sədri Baş nazir Salamehin milli valyutanın çökməsinə bilərəkdən səbəb olduğu iddiasını rədd edib. Salameh gizli heç nə etmədiyini və hökumətə məlumat verdiyini deyib. O, bankın hökuməti maliyyələşdirdiyini və hökumətin banka milyardlarla dollar borcu olduğunu bildirib. Salameh, vətəndaşların banklardakı əmanətlərini ələ keçirmək planlarının olmadığını da təkrarlayıb.
Əsas problem Livan funtunun dollar qarşısında kəskin ucuzlaşmasıdır. Ölkədə faktiki devalvasiya var. Məsələ bundadır ki, rəsmi məzənnələrə görə, Livan dolların məzənnəsi dəyişməyib, 1 dollar 1500 Livan funtudur. Qara bazarda isə ilin əvvəlindən bəri dollar iki dəfə bahalaşaraq 2 min funtdan 4 min funta yüksəlib. Əhalini və hökuməti narazı salan da budur.
Livan Mərkəzi Bankı valyuta məzənnəsinin artması ilə əlaqədar banklara xarici valyuta əmanətlərini funta çevirmək təlimatı vermişdi.
Qeyd edək ki, etnik və məzhəbarası gərginliyin və siyasi qeyri-sabitliyin tez-tez olduğu Livanda, Hariri hökuməti 2019-cu ilin oktyabrında korrupsiyaya istiqamətlənmiş geniş etirazlardan sonra istefa etmişdi. Koronavirusunun yayılması ilə ölkədə iqtisadi böhran dərinləşib, etirazlar davam edir.