2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 95 valyuta hərracında 7 milyard 169,07 milyon ABŞ dolları satılıb.
FED.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici ötən illə müqayisədə 84.8% çoxdur. Belə ki, ötən il ərzində keçirilən valyuta hərraclarında 3 milyard 878.53 milyon ABŞ dolları satılmışdı.
Cari ilin dekabr ayında keçirilən 8 valyuta hərracında isə valyuta satışının məbləği 565.2 milyon dollar təşkil edib. (Apa)