Bu ilin mayın 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24,213 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 3,6% çoxdur.
Eləcə də bax: Azərbaycanda kreditlərin dollarlaşması azalmağa davam edir
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, yerləşdirilmiş depozitlərin 53,5% xarici valyutada olub. Bu göstərici illik müqayisədə 8,2 faiz bəndi azalıb. Xarici valyutada olan depozitlərin həcmi isə 12,965 mlrd. manat ekvivalentində olub ki, bu da illik müqayisədə 10,1% azdır.
Qeyd edək ki, ölkədə depozit bazasının dollarlaşması son 6 ilin minimumunda qalmaqda davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2015-ci ilin yanvarında (51,6%) qeydə alınıb. (Apa)