2021-ci il ərzində Azərbaycan daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2020-ci il ilə müqayisədə 29% artaraq 38 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 79.6% artaraq 11.5 mlrd. manat olmuşdur.
Eləcə də bax: Azərbaycanda nağd puldan istifadə azalıb – NAZİRDƏN AÇIQLAMA
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2020-ci il ilə müqayisədə 9.1% bəndi yüksələrək 31.8%- ə bərabər olmuşdur.
Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2021-ci ilərzində elektron ticarət əməliyyatlarının sayı 2020-ci il ilə müqayisədə 57.5% artaraq 110 mln. ədəd, həcmi isə 81% artaraq 7.5 mlrd. manat olmuşdur.
Təsərrüfat subyektlərində 2021-ci il ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2020-ci il ilə müqayisədə 2.2 dəfə artaraq 105 mln. ədəd, həcmi isə 80% artaraq 3.9 mlrd. manat olmuşdur. O cümlədən, 2021-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2020-ci il ilə müqayisədə 3.8 dəfə artaraq 71.8 mln. ədəd, həcmi isə 5.2 dəfə artaraq 2.6 mlrd. manat olmuşdur. (Marja)