Azərbaycanda manatla banklararası təminatsız kredit əməliyyatlarının “Blumberq” ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minmişdir.
FED.az xəbər verir kİ. bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
"01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılır. Yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq üçün banklararası pul bazarının aktivləşdirilməsi istiqamətində də işlər görülmüşdür. Banklararası pul bazarının aktivləşməsi məqsədilə alternativ əməliyyat platforması təklif olunmuşdur. Belə ki, manatla banklararası təminatsız kredit əməliyyatlarının “Blumberq” ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minmişdir",- Mərkəzi Bankın açıqlamasında bildirilir.