Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin iyul ayında iyun ayı ilə müqayisədə 185 min ədəd artaraq 12 milyon 429 min ədədə çatıb.
Eləcə də bax: Azərbaycan manatı lirəyə, funt-sterlinqə, yenə və franka qarşı - BAHALAŞIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
İyul ayında əməkhaqqı kartları 22 min ədəd artaraq 2 milyon 691 min ədədə, digər debet kartlarının sayı 125 min ədəd artaraq 4 milyon 701 min ədədə, kredit kartlarının sayı isə 32 min ədəd artaraq 1 milyon 583 min ədədə yüksəlib.
Sosial kartların sayı isə 6 min ədəd artaraq 3 milyon 454 min ədədə çatıb.