Bu ilin yanvar-mart aylarında Azərbaycana daxil olan pul baratlarının həcmi 213,6 mln. ABŞ dolları olub.
Eləcə də bax: Azərbaycana 1 milyard dollara yaxın - Pul Baratları Daxil Olub
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 13,8% artıb. Belə ki, 2020-ci ilin analoji dövründə Azərbaycana 188 mln. dollar həcmində pul baratları daxil olub.
Qeyd edək ki, ötən il Azərbaycana daxil olan pul baratlarının həcmi 3,9% artaraq 970 mln. dollar təşkil edib. (Apa)