"Bu gün Qazaxıstana işgüzar səfər çərçivəsində Qazaxıstan Milli Bankının sədri Qalimjan Pirmatov ilə görüşdük. Görüş zamanı Azərbaycan və Qazaxıstan mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə etdik".
Azərbaycan və Tacikistan mərkəzi bankları - ƏMƏKDAŞLIĞINI GENİŞLƏNDİRİR
FED.az xəbər verir ki, bunu Tvitter səhifəsində Azərbaycan Mərkəzi bankının sədri Taleh Kazımov yazıb.
Görüşdə həmçinin mövcud makroiqtisadi vəziyyət, qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirləri, pul siyasəti alətlərinin təkmilləşdirilməsi, ödəniş sistemlərinin inkişafı, rəqəmsal valyutanın yaradılması və digər mövzularda müzakirələr aparılıb.
Xatırladaq ki, dünən Taleh Kazımovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşüb. Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətləri müzakirə edilib. Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi aparılıb.