Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya siyasətini açıqlayıb.
FED.az xəbər verir ki, AMB-dən bildirilib ki, konservativ investor kimi yalnız sabit gəlirli qiymətli kağızlara investisiya edilir. Bu baxımdan səhm, daşınmaz əmlak, o cümlədən qızıl kimi digər aktiv növlərinə hələ ki investisiya edilmir.
Mərkəzi Bankın valyuta aktivlərinin cari bölgüsünə gəldikdə bildirilib ki, bu əsasən investisiya reytinqli dövlət və kvazi-dövlət istiqrazlarından, habelə pul bazarı alətlərindən ibarətdir.
Qeyd edək ki, bu il iyul ayının 31-nə AMB-nin valyuta ehtiyatları 11 mlrd. 765.7 mln. ABŞ dollarına çatıb ki, bu da 2015-ci ildən sonra ən yüksək göstəricidir (Apa).