Azərbaycanda iqtisadiyyata kredit qoyuluşunun məbləği azalıb. FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, aprel ayında iqtisadiyyata kredit qoyuluşu mart ayı ilə müqayisəıdə 46,6 milyon manat və ya ya 0,.5% azalaraq aprel ayının sonuna 13 milyard 11,4 milyon manata enib.
Kredit qoyuluşlarının azalmasına səbəb isə nəqliyyat, rabitə, ticarət, xidmət, inşaat sektorlarına verilən kreditlərin azalması ilə bağlı olub.
Eləcə də bax: Problemli kreditlər azalmaqda davam edir - STATİSTİKA
Mart ayının sonu ilə müqayisədə apreldə inşaat və əmlak sektoruna verilən kreditlər 12,8 milyon manat azalaraq 357,4 milyon manata, nəqliyyat və rabitə sektoruna verilən kreditlər isə 86 milyon manat azalaraq 1 milyard 271,9 milyon manata enib.
Ticarət və xidmət sektoruna verilən kreditlər isə mart ayının sonu ilə müqayisədə apreldə 36,5 milyon manat azalaraq 2 milyard 274,1 milyon manata enib.
Kənd təsərrüfatı, sənaye və istehsal sektorlarına verilən kreditlər isə artıb.
Belə ki, kənd təsərrüfatına verilən kreditlər 2,4 milyon manat artaraq 477,1 milyon manatdan 479,5 milyon manata kimi, sənaye və istehsalat sektorlarına verilən kreditlər isə 15 milyon manat artaraq 748,7 milyon manatdan 763,7 milyon manata qədər artıb.