Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin xərcləri 17 711,9 milyon manat təşkil edib ki, bunun da 11 476,4 milyon manatı cari xərclər olub.
Eləcə də bax: Maliyyə Nazirliyindən dövlət büdcəsinin icrasına dair - OPERATİV MƏLUMAT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, 9 ay ərzində büdcənin əsaslı xərcləri 4 722 milyon manat, dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərcləri isə 1 513,5 milyon manat olub.