Bu ilin I rübündə Azərbaycan xalis maliyyə öhdəliklərini 538,8 milyon ABŞ dolları artırıb.
Eləcə də bax: Turizm xidmətləri üzrə 60 milyon dollar yaxın - Kəsir Yaranıb
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, artımı ölkəyə cəlb olunmuş birbaşa investisiyaların 1 400,9 milyon ABŞ dolları artması (17,9% çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 1 279,6 milyon dollar azalması (28% az), neft bonusunun 450,5 milyon dollar artması (0,2% az), portfel investisiyalarının 1,1 milyon dollar azalması (45,6 dəfə az), digər investisiyaların isə 31,9 milyon dollar azalması (14,3 dəfə az) təmin edib. (Report)