Ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları, fond və birjalar, qiymətli kağızların emitentləri, büdcədənkənar fondlar, ictimai əhəmiyyətli qurumlar, bələdiyyələr və bələdiyyə müəssisələri, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabat təqdim edən hüquqi şəxslər (holdinqlər), təbii inhisar fəaliyyəti subyektləri, publik hüquqi şəxslər, kənd təsərrüfatı kooperativləri, siyasi partiyalar 2017-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün müstəqil auditor cəlb etməlidirlər.
Bu barədə Auditorlar Palatasının təsərrüfat subyektlərinin rəhbərlərinə müraciətində bildirilir.
Qurum həmçinin bəyan edib ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaya görə inzibati xəta haqqında protokol tərtib ediləcək və inzibati cərimələr tətbiq olunacaq.