Azərbaycan Auditorlar Palatası (AAP) audit bazarında dempinq və haqsız rəqabətə qarşı mübarizə aparmaq niyyətindədir. FED.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə palatadan məlumat verilib.
"AAP dempinq və haqsız rəqabətə qarşı mübarizə aparmaq məqsədilə palata üzvləri arasında tərəfdaşlıq sazişinin bağlanmasını təklif edir. Saziş layihəsi artıq hazırdır", - deyə məlumatda bildirilir.
Auditorlar Palatası Azərbaycanda fəaliyyət göstərən auditor şirkətləri və müstəqil auditorların tövsiyələrinin ümumiləşdirilməsi məqsədilə bu saziş layihəsini ictimai müzakirəyə çıxarmaq niyyətindədir.
Qeyd edək ki, AAP yanında Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin yaradılması planlaşdırılır.