Azərbaycan, Türkiyə və Gürcüstanın maliyyə sektorları arasında əməkdaşlıq güclənməkdədir.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunu qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda təşkil etdiyi "Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ arasında maliyyə tərəfdaşlığının gücləndirilməsi" mövzusunda regional maliyyə konfransında bildirib.
AMB rəsmisi regional tərəfdaşlığın, eləcə də ABŞ-nin maliyyə sektoru ilə qurulan strateji əlaqələrin sərhədlərarası ticarət, investisiya və ödənişlərin təşviqi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, mövcud effektiv dialoq, əməkdaşlıq və təcrübə mübadiləsinin regionda daha dayanıqlı, əlaqəli maliyyə sisteminin qurulmasında xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Ə.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantılarında iştirak etmək məqsədiilə ABŞ-də işgüzar səfərdədir.