Azərbaycanın Mərkəzi Bankı (AMB) “Paysis” MMC-yə məcburi göstəriş verib.
“Eliko” şirkəti qanun və qaydaları pozur - 2025-DƏ 3 DƏFƏ MƏCBURİ GÖSTƏRİŞ VƏ CƏRİMƏ
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində “Paysis”də aparılan ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunması, təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunması yoxlanılıb. Şirkətin ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozması halı aşkarlanıb.
Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən “Paysis”ə münasibətdə təshih tədbirləri tətbiq edilib.