Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı idarəsinin rəhbərinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi təklif olunur.
Sığorta şirkətinə rəhbər təyin edilməsi - QAYDASI DƏYİŞİR - YENİ QANUN
FED.az xəbər verir ki bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.