Bu ilin avqust ayında "Ödəniş sistemləri və xidmətləri haqqında" Qanun layihəsi təsdiq olunub və noyabr ayında qüvvəyə minməsi gözlənilir.
Prezident "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanunu - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.
O bildirib ki, növbəti 6 ay ərzində ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və operatorlarının qanuna uyğun şəkildə lisenziyadan keçməsi üçün vaxt verilir. Bu qanunun qəbul edilməsi ölkənin ödəniş bazarının müasirləşməsinə şərait yaradacaq. (Apa)