Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə kənarda “Maryam Invest” adı ilə fəaliyyət göstərən investisiya şirkəti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Onlayn şəbəkə dələduzluğu: Maşınını satıb “PeaceFarm”a qoydu, 12 min manat itirdi - VİDEO
Saxta veb-səhifələrdə ödəniş etməyin - DİN-DƏN XƏBƏRDARLIQ
FED.az xəbər veiri ki, AMB-nin deyilir ki, kapital bazarlarında aparılan qeyri-qanuni fəaliyyət və fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən investorların mütəmadi məlumatlandırılması diqqət mərkəzində saxlanılır.
Son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına cəhd edildiyi müşahidə edilir. AMB-yə daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən “Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər. Fırıldaqçılar qeyd olunan şirkətin AMB-dən lisenziya aldığını bildirərək saxta sənədlər əsasında vətəndaşların etibarını qazanmağa çalışaraq onları təqdim etdikləri xarici bank hesablarına investisiya etməyə təşviq edirlər.
AMB bir daha əhalini diqqətli olmağa və fırıldaqçıların bu tipli təkliflərinə aldanmamağa, belə halların geniş vüsət almamasından ötrü investisiya xidmətlərindən istifadə etməmişdən əvvəl bu xidmətləri təklif edən şəxslərin fəaliyyətinin qanuniliyinin və lisenziyası olan şəxslərin siyahısının dəqiqləşdirilməsi üçün qurumun internet səhifəsindən (https://www.cbar.az/page-200/investment-companies) istifadə etməyə çağırır.