Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “PeaceFarm” şəbəkəsi vəsaitləri mənimsəyərək aradan çıxıb.
DİN “Pazfarm” şəbəkəsi ilə bağlı məsələni - ARAŞDIRIR
FED.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Platformada 100 min manatdan çox pulu batan insanlar olub.
Platformanın qurbanlarından biri də Röyal Məmmədlidir. Şikayətçi deyir:
“Maşınımı satıb platformaya pul qoymuşam. Ümumilikdə 12 min manat pul itirmişəm. Tanışlarımı, dostlarımı da şəbəkəyə dəvət etmişdim”. (Baku TV)