Almaniya Maliyyə Nazirliyi ölkənin konstitusiya məhkəməsinin köhnə tələb olunmamış kredit vəsaitlərinin yenidən bölüşdürülməsinin qeyri-qanuniliyi ilə bağlı qərarı ilə tanış oduqdan sonra, demək olar ki, bütün büdcə ayırmalarını dondurmaq qərarına gəlib.
Almaniyanın "Bayer" şirkətinə böyük cəza - MƏHSULU XƏRÇƏNG ƏMƏLƏ GƏTİRİR
FED.az xəbər verir ki, bu barədə “Spiegel” jurnalı Maliyyə Nazirliyinin ölkənin bütün idarələrinə göndərilmiş məxfi sənədə istinadən xəbər verir.
Limitlərin dondurulması demək olar ki, bütün nazirliklərin büdcəsinə təsir edəcək. Gələcəkdə büdcəyə lazımsız yük düşməmək üçün əlavə ödənişlər yalnız müstəsna hallarda və yalnız Federal Maliyyə Nazirliyi tərəfindən təsdiq edildikdən sonra mümkün olacaq.
Bu cür tədbirlər, xüsusən də elektrik enerjisinin qiymətlərini saxlamaq üçün hökumətin səylərinin maliyyələşdirilməsinə təsir göstərəcək. Qeyd olunub ki, məhdudiyyətlər Bundestaq, Bundesrat və Federal Konstitusiya Məhkəməsi kimi konstitusiya qurumlarına şamil edilməyəcək. (Report)