Almaniyanın əczaçılıq və kimya şirkəti "Bayer", "Roundup" adlı qlifosat tərkibli pestisidin xərçəngə səbəb olduğu barədə iddialar ilə ABŞ-da açılan məhkəmələri uduzmağa davam edir.
FED.az xəbər verir ki, ABŞ-ın Missuri ştatında məhkəmənin hakimlər heyəti, Almaniya şirkəti "Bayer"in "Roundup" adlı alaq otlarını öldürən məhsulunun xərçəng də daxil olmaqla zərərli olduğunu iddia edən daha dörd iddiaçıya 1,56 milyard dollar ödəməsi barədə qərar qəbul edib.
"Bayer" şirkəti "Roundup" adlı pestisidlə bağlı ABŞ-da dördüncü məhkəməni uduzub.
Həmçinin hakimlər heyəti müəyyən edib ki, "Bayer" iddiaçıları "Roundup"dan istifadənin potensial təhlükələri barədə xəbərdar etmədiyinə görə məsuliyyət daşıyır.
Qərarın, hüquqi strategiyasını dəyişdirmək üçün Bayer-ə investor təzyiqini artıracağı gözlənilir.
Digər tərəfdən, "Bayer" bu gün "Asundexian" dərmanının klinik sınaqlarını ləğv etdiyini açıqlayıb.
"Bayer"in səhmləri təxminən 20 faiz ucuzlaşıb.
"Bayer", 2018-ci ildə ABŞ-ın kənd təsərrüfatı şirkəti "Monsanto"nu 63 milyard dollara satın aldıqdan sonra, bu şirkət tərəfindən hazırlanmış, "Roundup" adlı pestisidin xərçəngin əmələ gəlməsinə səbəb olduğunu iddia edənlər tərəfindən verildiyi məhkəmələrdə milyardlarla dollar cərimə və təzminat ödəməyə məhkum edilib.
"Bayer" iddiaları təkzib etsə də, 2015-ci ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) qlifosatı kanserogen kimi təsnif edib.
Azərbaycanda halal dərmanlar olacaq - STANDART TƏSDİQLƏNDİ
"Bayer", 2020-ci ildə ABŞ-da ona qarşı açılan iddialarda razılığa gəldiyini və 10,9 milyard dolların iddiaçılara ödəniləcəyini açıqlayıb. Razılaşmaya baxmayaraq, şirkət "Roundup" ilə bağlı təxminən 50 min iddia ilə üz-üzədir. (Marja)