Ticarət məlumatlarına görə, cümə axşamı səhər dollar digər əsas dünya valyutalarına nisbətdə ucuzlaşır. İnvestorlar ABŞ-dan vacib statistik məlumatların dərcini gözləyirlər.
Rusiyada dolların məzənnəsi apreldən bəri - ƏN YÜKSƏK HƏDDƏ YÜKSƏLDİ
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 9.35-ə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışda olan 1.0603 dollardan 1.0645 dollara yüksəlib (Avro bahalaşıb, dollar ucuzlaşıb). Dolların yen qarşısında məzənnəsi 132,47 yendən 131,91 yenə düşüb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,27% azalaraq 103,89 bənd təşkil edib.
Cümə axşamı, üçüncü rüb üçün ABŞ-ın ümumi daxili məhsulunun (ÜDM) dinamikasının yekun, üçüncü qiymətləndirməsi dərc olunacaq. Ekspertlər hesab edirlər ki, artım təxmini illik müqayisədə 2,9% səviyyəsində saxlanılacaq.
Həmçinin investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz ilə bağlı mümkün gələcək hərəkətlərini qiymətləndirməyə davam edirlər. Dekabrın əvvəlində tənzimləyici uçot dərəcəsini 50 baza bəndi artıraraq illik 4,25-4,5%-ə çatdıraraq, növbəti artımların məqsədəuyğunluğunu qeyd edib.
Dünya mərkəzi bankları yüksək inflyasiya səbəbindən əsas faiz dərəcələrini artırır və bu da öz növbəsində mümkün tənəzzül risklərini artırır. (Marja)