2030-cu ildə bir barel neftin fiskal itkisiz qiymətinin 65 dollar olacağı gözlənilir.
AMB bu il və gələn il üçün neftin qiymət proqnozunu açıqlayıb
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.
Sənəddə qeyd olunub ki, bu göstərici hazırkı 85 dollar səviyyəsindən əhəmiyyətli dərəcədə aşağıdır.
Bildirilib ki, qiymət proqnozlarında dəyişkənlik yüksək olsa da, ortamüddətli dövrdə neftin qiymətinin 65 dollardan aşağı olması ehtimalı azdır.
Həmçinin ortamüddətli dövrdə Dövlət Neft Fondundan transfertlərin azaldılması nəticəsində neftin əlverişsiz qiymətlərində belə Fondun aktivlərinin qorunduğu vurğulanıb.
“Azeri Light" neftinin orta qiyməti yanvar-sentyabr aylarında 96 dollardan yuxarı olub
Bu ilin yanvar-sentyabr aylarında "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 96,1 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.
Bildirilir ki, qeyd olunan göstəreici bu da cari il üzrə büdcə hesablamaları üçün tətbiq olunmuş qiymətindən (65 ABŞ dolları) 31,1 ABŞ dolları və ya 47,8 faiz çoxdur.













