2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35236,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 4,0 faiz çox, dövlət büdcəsinin xərcləri 36457,9 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,5 faiz az olub.
Milli Məclisdə ötən ilin büdcəsinin icrasının müzakirə ediləcəyi tarix - AÇIQLANIB
FED.az xəbər verir ki, bu, “Azərbaycanın 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Başqa sözlə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33890,5 milyon manat proqnoza qarşı 35236,4 milyon manat və ya 1345,9 milyon manat (4,0 faiz), 2022-ci illə müqayisədə isə 4556,8 milyon manat və ya 14,9 faiz çox icra olunub. 2023-cü il dövlət büdcəsinin 36624,8 milyon manat məbləğində təsdiq olunmuş xərcləri isə 99,5 faiz və ya 36457,9 milyon manat məbləğində icra olunub ki, bu da 2022-ci illə müqayisədə 4393,3 milyon manat və ya 13,7 faiz çoxdur.
Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1221,5 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,3 faiz az olub.
2024-cü il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 970 735 438,7 manat olub. 2023-cü il dövlət büdcəsinin kəsiri 1 221 561 804 manat olub