2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Nazirlər Kabinetinə təqdim olunub.
FED.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib.
Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” qanuna və “2019-cu il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 45s nömrəli 30 yanvar 2018-ci il tarixli sərəncamına uyğun olaraq 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.
Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, sentyabrın 25-dək Nazirlər Kabineti layihəni müzakirə edərək baxılması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Xatırladaq ki, Azərbaycan dövlət büdcəsinin 2018-ci il üçün gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri 23 mlrd. 100 mln. manat həcmində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırılır.
© Finans
2019-cu ilin büdcə layihəsi Nazirlər Kabinetinə təqdim edildi
20:27
20 Sen 2018