2023-cü ilin yanvar-oktyabr aylarında operativ məlumatlara görə, Azərbaycanın dövlət büdcəsinin kəsiri 217,8 milyon manat və ya ÜDM-in 0,21%-ni təşkil edib.
“On milyonluq əhali üçün 34 milyardlıq büdcə olduqca kiçikdir”
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin ilk 9 ayı ərzində dövlət büdcəsinin kəsiri 1 milyon 137,5 milyon manat və ya ÜDM-in 1,25%-ni təşkil edib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, 10 ay ərzində dövlət büdcəsinin gəlirləri 26 milyard 412,8 milyon manat (2022-ci ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə azalma 2,3%), xərcləri 26 milyard 630,6 milyon manat (artım 14,8%) təşkil edib.
10 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 100 milyard 883,1 milyon manat təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri üzrə yenilənmiş proqnoz 33 milyard 779,5 milyon manat, xərcləri üzrə proqnoz 36 milyard 568,8 milyon manat təşkil edib. Dövlət büdcəsinin kəsiri 2 milyard 789,3 milyon manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır. (İnterfaks-Azərbaycan)