Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz artaraq 39,8 milyon dollara çatdırıb.
Azərbaycanda əhali ötən ay geyimə 500 mln. manatdan çox - XƏRCLƏYİB
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 33,2 faiz artaraq 6,1 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10,1 milyard dollara bərabər olub. (Trend)