İyunun 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104006777 ISIN-li, 30 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Eləcə də bax: Dövlət qurumları «ekonom rejim»də - XARİCDƏN İDXAL 3 QAT AZALIB
Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 86.9565 AZN (15.08%) və 93.059 AZN (7.49%) olan 25 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.7846 AZN (9.00%), orta ölçülmüş qiyməti 92.2334 AZN (8.47%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36 milyon 432,2 min manat, yerləşdirilmiş həcmi isə 30 milyon təşkil edib.
İstiqrazların ödəmə tarixi 15 iyun 2021-ci il.
Hərrac iştirakçıları 17 iyun 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.