Yanvar-may aylarında Azərbaycanın dövlət təşkilatlarının qənaət rejiminə keçməsi özünü idxalda da göstərib.
FED.az xəbər verir ki, bu ilin yanvar-may aylarında dövlət təşkilatlarının xətti ilə cəmi 725,3 milyon dollarlıq mal idxal edilib. Bu ötən illə müqayisədə 3,2 dəfə azdır.
Eləcə də bax: Azərbaycanın ixrac-idxalı kəskin azalıb – MÜSBƏT SALDO ARTIB
Xatırladaq ki, neftin qiymətinin komfort zonasında olduğu 2019-cu ilin eyni dövründə dövlət qurumlarının xətti ilə idxalın həcmi 2 milyard 316 milyon dollar təşkil etmişdi.
Bu azalma nəticəsində dövlət təşkilatlarını ümumi idxaldakı payı azalaraq ötən ilki 40%-dən bu il 17,4%-ə düşüb.
İş o yerə çatıb ki, dövlət qurumlarının idxal həcmi fiziki şəxslərin idxalı ilə müqayisə olunacaq dərəcəyə düşüb.
Belə ki, ötən ilin ilk 5 aynıda fiziki şəxslərin idxalı cəmi 326 milyon dollar idi. Və bu dövlət təşkilatlarından 7 dəfə az idi.
Bu il isə fiziki şəxslərin idxalının həcmi 374 milyon dollar yüksəlib. Bu isə dövlət təşkilatlarınnı ümumi göstəricisindən cəmi 2 dəfə azdır.
Bu il özəl sektorun idxalında da azalma var. Ötən il özəl sektor ilk 5 ayda 3 milyard 192,4 milyon dollarlıq idxal etmişdisə, bu il həmin göstərici 3 milyard 65 milyon dollara düşüb.
Amma ümumi idxalda özəl sektorun payı 55%-dən 74%-ə yüksəlib.
|
2019 |
2020 |
||
Sektor |
Məbləğ $mln |
Pay |
Məbləğ, $mln |
Pay |
Dövlət |
2 316,0 |
39,7% |
725,3 |
17,4% |
Özəl |
3 192,4 |
54,7% |
3065,2 |
73,6% |
Fiziki şəxslər |
326,0 |
5,6% |
374,5 |
9,0% |