Ukraynadan İrlandiyaya gedən və 33 min ton qarğıdalı daşıyan Panama bayraqlı NAVISTAR gəmisi Odessa limanından yola düşüb.
Eləcə də bax: “Taxıl dəhlizi” sayəsində taxılın qiyməti 440-450 dollardan - 350-355 DOLLARA DÜŞÜB
FED.az xəbər verir ki, 13 min ton qarğıdalı daşıyan ikinci gəmi Ukraynadan İngiltərəyə getmək üçün Çernomorsk limanından yola düşüb.
Ukraynanın Çernomorsk limanında gözləyən Türkiyə bayraqlı POLARNET gəmisi də Karasuya gəlmək üçün yola düşüb. 12 min ton qarğıdalı daşıyan gəmi Karasuya çatmazdan əvvəl İstanbulun şimalında Müştərək Təftiş Qrupu tərəfindən yoxlanılacaq. (Marja)