Ukraynada qazın qiymətinin 23,5% artması ciddi sosial gərginliyə səbəb olub.
FED.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, etiraz aksiyaları prezident administrasiyasının qarşısında keçirilir.
Etirazçılar prezident Pyotr Poroşenkonun istefasını tələb edir. Ərazidə keçmiş baş nazir Yuliya Timoşenko və onun tərəfdarları da var.