Bu ilin ilk rübündə Türkiyənin milli valyuta ilə xarici ticarət həcmi 67 milyard 691 milyon lirə olaraq hesablanıb.
Eləcə də bax: Türkiyədə inflyasiya - 60%-İ KEÇİB
FED.az xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin hazırladığı hesabata görə, ölkənin türk lirəsi ilə xarici ticarəti hər ay artmaqda davam edir. Belə ki, Türkiyənin milli valyuta ilə ticarəti son bir ildə yüksəliş tendensiyasını davam etdirib. 2021-ci ilin sonu etibarilə türk lirəsi ilə ixracat 66 milyard 784 milyon lirəyə çatıb. Eyni dövrdə türk lirəsi ilə edilən idxal isə 116 milyard 45 milyon lirə təşkil edib ki, bununla da keçən il ölkənin xarici ticarət həcmi 182 milyard 829 milyon lirəyə çatıb.
Bu ilin birinci rübündə türk lirəsi ilə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 71,8 faiz artaraq 24 milyard 908 milyon lirəyə çatıb. Bu dövrdə türk lirəsi ilə idxal 42 milyard 782 milyon lirə, xarici ticarət həcmi isə 67 milyard 691 milyon lirə olaraq hesablanıb. (Azərtac)